"Leyptsiq" 2-ci yeri, "Borussiya" və "Volfsburq" ÇL-ə vəsiqəni təmin etdi

"Leyptsiq" 2-ci yeri, "Borussiya" və "Volfsburq" ÇL-ə vəsiqəni təmin etdi
DÜNYA FUTBOLU 17 May 2021 / 00:37 2139
-  A +

Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.

Qol.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. "Borussiya" (Dortmund) səfərdə "Maynts"a 3:1 hesabı ilə qalib gəlib. "Leyptsiq" isə doğma meydanda "Volfsburq"la bərabərə qalıb - 2:2.

Bu nəticələrdən sonra yarışın bitməsinə bir turlqamış "Leyptsiq" 65 xalla 2-ci pilləni təmin edib. "Borussiya" 61 xalla 3-cü, "Volfsburq" 61 xalla 4-cü pillədə qərarlaşıb. Bu komandalar son turun nəticəsindən asılı olmayaraq, turniri ilk 4 pillədə tamamlayacaq. Beləliklə, "Borussiya" və "Volfsburq" da, çempion "Bavariya" və 2-ci "Leyptsiq"dən sonra Çempionlar Liqasına vəsiqəni təmin edib.

16 may

"Maynts" - "Borussiya" (Dortmund) - 1:3
Qollar:
Querreyro, 23 (0:1), Roys, 42 (0:2), Brandt, 80 (0:3), Quaison, 90+1-pen (1:3)

"Leyptsiq" - "Volfsburq" - 2:2
Qollar
: Filipp, 12 (0:1), 45+1 (0:2), Kluivert, 51 (1:2), Sabitzer, 78-pen (2:2


Son xəbərlər