"Yuventus" Hakanın tələbini yerinə yetirməyə hazırdır

"Yuventus" Hakanın tələbini yerinə yetirməyə hazırdır
DÜNYA FUTBOLU 15 May 2021 / 12:41 2599
-  A +

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu "Yuventus"a keçməyə yaxındır.

Qol.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin təmsilçisi türk yarımmüdafiəçinin istədiyi illik 5 milyon avroluq maaş tələbini yerinə yetirməyə hazırdır. 27 yaşlı oyunçunun qısa müddət ərzində yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, H.Çalhanoğlunun "Milan"la müqaviləsi bu mövsümün sonu başa çatır.


Son xəbərlər