Premyer Liqada ayın futbolçusu

Premyer Liqada ayın futbolçusu
DÜNYA FUTBOLU 14 May 2021 / 14:48 1079
-  A +

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu məlum olub.

Qol.az turnirin saytına istinadən xəbər verir ki, bu, “Vest Hem”in yarımmüdafiəçisi Cessi Linqarddır. 28 yaşlı futbolçu ötən ay iştirak etdiyi 4 oyunda 4 qol vurub.

Qeyd edək ki, “Vest Hem” sona 3 tur qalmış Premyer Liqada 58 xalla 6-cı sıradadır.


Son xəbərlər