23 ildən sonra ilk dəfə A seriyasına yüksəldilər

23 ildən sonra ilk dəfə A seriyasına yüksəldilər
DÜNYA FUTBOLU 10 May 2021 / 19:56 5775
-  A +

"Salernitana" yeni mövsümdə İtaliya A seriyasında oynamaq hüququ qazanıb.

Qol.az xəbrə verir ki, komanda İtaliya B seriyasının son turunda "Peskara"ya 3:0 hesabı ilə qalib gələrək buna nail olub. Bu nəticə ilə xalını 69-a yüksəldən Fabrizio Kastorinin baş məşqçisi olduğu komanda B seriyasını 2-ci pillədə tamamlayıb və çempion "Empoli"dən sonra elitaya vəsiqə qazanan ikinci komanda olub.

Qeyd edək ki, "Salernitana" sonuncu dəfə A seriyasında 1997/1998 mövsümündə oynayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı