Kumandan gələcəyi ilə bağlı açıqlama

Kumandan gələcəyi ilə bağlı açıqlama
DÜNYA FUTBOLU 10 May 2021 / 18:50 2097
-  A +

"Barselona"nın baş məşqçisi Ronald Kuman klubdan ayrılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, niderlandlı mütəxəssis ilk gündən Kataloniya təmsilçisinin prezidentinin ona etibar etdiyini deyib: "Klubdakı gələcəyimə görə narahat olmağım lazım deyil. "Barselona"ya gələndə iki illik müqavilə imzaladım, ona görə özümü növbəti mövsümdə də klubun baş məşqçisi kimi görürəm. Mövsüm bitəndə prezidentlə danışacağıq. Hazırda bu mövsümün sonudur. La Liqa gələcəyimdən daha vacibdir.

Mümkün bir istefa barədə danışmaq yalnız mənimlə əlaqəli deyil. Bu, bütün məşqçilərlə olur. Mətbuata nəzarət edə bilmirəm, hər kəsin öz fikri var və onu dəyişdirmək mənim üçün deyil. İki həftədən sonra gələcək barədə danışmağa vaxt olacaq".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi