"Espanyol" gələn mövsümdən La Liqada

"Espanyol" gələn mövsümdən La Liqada
DÜNYA FUTBOLU 9 May 2021 / 15:57 2539
-  A +

Növbəti mövsümdə İspaniya La Liqasında mübarizə aparacaq ilk klubun adına aydınlıq gəlib.
 
Qol.az xəbər verir ki, bu, “Espanyol” olub. Komanda sona 4 tur qalmış elitaya vəsiqəni təmin edib. Kataloniya təmsilçisi hazırda 78 xalla liderdir və 3-cü sırada qərarlaşan “Almeriya”nı 12 xal qabaqlayır.
 
Qeyd edək ki, Sequndada 1-ci və 2-ci sıranı tutan komandalar La Liqaya birbaşa yüksəlir.

Son xəbərlər