Emeri bunu bacaran ilk baş məşqçi oldu

Emeri bunu bacaran ilk baş məşqçi oldu
DÜNYA FUTBOLU 7 May 2021 / 10:28 3619
-  A +

"Vilyarreal"ın baş məşqçisi Unay Emeri avrokuboklarda rekorda imza atıb.

Qol.az xəbər verir ki, ispaniyalı mütəxəssisin rekordu Avroliqanın yarımfinalında "Arsenal"la cabab matçından (0:0) sonra qeydə alınıb. Onun komandası iki oyunun nəticəsinə görə finala yüksəlib. Bu, Emerinin karyerası ərzində Avroliqada 5-ci finalı olacaq. İndiyədək heç bir baş məşqçi 5 dəfə finala çıxmayıb.

Buna qədər Aleks Fergüson, Karlo Ançelotti, Marçello Lippi və Migel Munos baş məşqçi kimi 4 final həyəcanı yaşayıb. Bu finalların hər biri Çempionlar Liqasında olub.

Xatırladaq ki, Emeri 3 dəfə (2013/2014, 2014/2015 və 2015/2016) "Sevilya" ilə Avropa Liqasının qalibi olub.


Son xəbərlər