"Ayaks" 35-ci dəfə çempion oldu

"Ayaks" 35-ci dəfə çempion oldu
DÜNYA FUTBOLU 2 May 2021 / 19:18 1582
-  A +

"Ayaks" Niderland Erdiviziyasında 2020-2021 mövsümünün qalibi olub.

Qol.az xəbər verir ki, Amsterdam təmsilçisi bu gün 31-ci turda evdə "Emmen"ə 4 cavabsız qolla qalib gələrək çempionluğunu rəsmiləşdirib.

"Ayaks" - "Emmen" - 4:0
Qollar
: Timber, 10, Haller, 61, Renç, 66, Klassen, 74

Bu qələbə ilə xallarını 79-a yüksəldən paytaxt klubu son 3 tur qalmış ən yaxın izləyicisi PSV ilə xal fərqini 14-ə çatdıraraq yarışın qalibi adını qazanıb. Bu, "Ayaks"ın ümumilikdə 35-ci çempionluğudur.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner