"Yuventus"un baş məşqçisi Andrea Pirlo A seriyasının 34-cü turunda "Udineze" ilə oyundan əvvəl fikirlərini bölüşüb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, hücumda Kriştiano Ronaldo və Paulo Dibalanın oynayacağını deyib: "Çünki Morata ən yaxşı vəziyyətdə deyil.
Mən yaxşıyam. Rəhbərliklə danışdıq və bu, ilk dəfə deyildi. Sakitəm və çox vacib bir anın gəldiyini başa düşürük. Qazanılacaq daha 15 xal və İtaliya kuboku matçı var. Bu oyunların hamısı böyük əhəmiyyətə malikdir. Bütün diqqətimizi qarşıdakı matça yönəltmişik".
Pirlo oğlu Nikkolo Pirloya sosial şəbəkələrdə gələn tənqidlərə münasibət bildirib: "Uzun illərdir futboldayam və bunların nə olduğunu bilirəm. Oğlumun başına belə hadisələrin gəlməsinə təəssüflənirəm, çünki o, bu vəziyyətlə ümumiyyətlə əlaqəli deyil. Ancaq o, klaviatura arxasında gizlənənlərə fikir verməməlidir. İrəliyə baxmalıdır".
Qeyd edək ki, Nikkolo "Yuventus"un bumövsümkü uğursuzluqları səbəbiylə ölüm təhdidi ilə üzləşdiyini bildirmişdi.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi