“Ayaks” baş məşqçisi ilə müqaviləni uzatdı

“Ayaks” baş məşqçisi ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 30 Aprel 2021 / 14:37 871
-  A +

“Ayaks” baş məşqçisi Erik ten Haqla müqavilənin müddətini uzadıb.

Qol.az xəbər verir ki, bu haqda Amsterdam təmsilçisinin saytı məlumat yayıb. Onunla yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 51 yaşlı Haq 2017-ci ilin sonlarından “Ayaks”da çalışır. O, bu mövsüm çempionluq tituli və ölkə kubokunu qazandırıb. 2018/19 mövsümündə isə onun rəhbərliyi altında komanda Çempionlar Liqasında yarımfinala yüksəlib.

Erik ten Haq “Tottenhem”in baş məşqçisi vəzifəsinə namizəd sayılırdı.


Son xəbərlər