"Barselona"dan gözlənilməz məğlubiyyət

"Barselona"dan gözlənilməz məğlubiyyət
DÜNYA FUTBOLU 29 Aprel 2021 / 23:10 4605
-  A +

"Barselona" La Liqada növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi 33-cü turda evdə "Qranada"nı qəbul edib. Qonaqlar gözlənilmədən səfərdə qalib gəlib - 2:1.

"Barselona" - "Qranada" - 1:2
Qollar:
Messi, 23 (1:0), Maçis, 63 (1:1), Molina, 79 (1:2)

"Barselona" qələbə qazansa, lider "Atletiko" ilə xalını bərabərləşdirəcəkdi. Bu nəticədən sonra isə Ronald Kumanın komandası 71 xalla 3-cüdür. Eyni xalı olan "Real", 2-ci, "Atletiko" isə 73 xalla 1-cidir.

Son xəbərlər