PSJ-nin sahibi Nasser Əl Xəlafi yeni mövsüm üçün planı ilə diqqət çəkib.
Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, klub rəhbəri futbol dünyasının üç böyük ulduzu - Kriştiano Ronaldo, Lionel Messi və Neymarı eyni komandada oynatmaq istəyir.
İtaliya mətbuatı "Yuventus"un portuqaliyalı hücumçusunun yeni mövsüm "Mançester Yunayted" və ya PSJ-də oynaya biləcəyini yazıb. Paris təmsilçisinin "Barselona"nın kapitanı L.Messiyə təklif göndərdiyi xəbərləri də mətbuatda yer alıb.
Hücumçusu Kilian Mbappe ilə yeni müqavilə imzalamaq barədə razılığa gələ bilməyən PSJ fransalı oyunçunun satışından əldə olunacaq gəlirlə bu planını həyata keçirmək istəyir.
Bildirilib ki, klubun bu planını gerçəkləşdirməsində ən böyük maneə UEFA-nın maliyyə qaydalarıdır. Hazrda heç bir klub bu üç ulduz oyunçunun maaşını ödəyə biləcək maliyyə şərtlərinə sahib deyil.
Ancaq bu mövsüm başa çatdıqdan sonra transfer bazarında yaranacaq vəziyyətə uyğun olaraq Nasser Əl Xəlafi bu planını həyata keçirə bilər.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək