ÇL-də həftənin rəmzi komandası açıqlandı

ÇL-də həftənin rəmzi komandası açıqlandı
DÜNYA FUTBOLU 29 Aprel 2021 / 16:15 1763
-  A +

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
 
Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandaya “Mançester Siti”dən 5, PSJ, “Çelsi” və “Real”dan isə hərəyə 2 futbolçu düşüb.
 
Qapıçı:
Ederson (“Mançester Siti”);
 
Müdafiəçilər:
Markinyos (PSJ, Fransa), Eder Militao (“Real Madrid”, İspaniya), Antonio Rüdiger (“Çelsi”, İngiltərə), Aleksandr Zinçenko (“Mançester Siti”);
 
Yarımmüdafiəçilər:
İlkay Gündoğan, Kevin De Brüyne, Riyad Mahrez (hər üçü “Mançester Siti”), Kristian Pulişiç (“Çelsi”), Anxel Di Mariya (PSJ);
 
Hücumçu: Kərim Benzema (“Real”)
 
Yarımfinalın ilk oyunlarında “Çelsi” İspaniyada “Real”la 1:1 hesablı heç-heçə edib, “Mançester Siti” isə Fransada PSJ-yə qalib gəlib – 2:1. Yarımfinalın cavab görüşləri 4-5 may tarixlərində keçiriləcək.

Son xəbərlər