"Çelsi" "İnter"in hücumçusu Romelu Lukakunu transfer etməkdə israrlıdır.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, London təmsilçisi 27 yaşlı hücumçunun komandaya qayıtmasında ciddi şəkildə maraqlıdır. Klubun bu transfer üçün təxminən 100 milyon avro ayırmağa hazır olduğu bildirilib.
"İnter" rəhbərliyinin növbəti mövsüm üçün liderlərini komandada saxlamağı planlaşdırdığı, ancaq koronavirus pandemiyasının səbəb olduğu çətin maddi vəziyyətin onları bu yay hücumçunu satmağa məcbur edə biləcəyi vurğulanıb.
Qeyd edək ki, Lukaku 2019-cu ilin avqustundan A seriyası təmsilçisində oynayır. Belçikalı futbolçu bu mövsüm 40 oyunda 27 qol vurub və 8 qolun ötürməsini verib. Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədər davam edir.
Xatırladaq ki, Lukaku 2011-2014-cü illərdə "Çelsi"də oynayıb.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək