“Oyuna yaxşı başladıq, amma təzyiq hiss etdik. Futbolçuların çoxu üçün bu, ilk Çempionlar Liqası yarımfinalı idi və onlar əllərindən gələni etmək istəyirdi. Birinci hissənin son 10 dəqiqəsi pis olmadı. Fasilədən sonra hər cəhətdən əla oynadıq. Səfərdə iki qol vurduq. 6 gün ərzində bizi çətin oyun gözləyir".
Qol.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında səfərdə PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.
"Bəzən biraz rahatlaşmalı və özün kimi olmalısan. İlk hissədə baş verənlər normaldır, topu itirmək istəmirdik. Ancaq sonra təzyiqimizi bir az gücləndirdik, daha aqressiv olduq. Əlbəttə ki, Mbappe, Neymar , Di Mariyaya qarşı oynamaq asan deyil" - deyə o bildirib.
Qvardiola komandasının oyunundan razı qaldığını söyləyib: "İki qol vurduq və daha çox fərqlənə bilərdik. Oyunumuzdan razıyam, ancaq yolun yarısı geridə qalıb. Qarşıda daha 90 dəqiqə bizi gözləyir. PSJ yaxşı komandadır, hər şey ola bilər. Dortmund "Borussiya"sı ilə oyunda da qol buraxdıq, amma yekun da qalib gəldik. Bu matçda da eyni şey oldu. İkinci hissədə özümüzdə idik".
50 yaşlı mütəxəssis bildirib ki, açıq futbol nümayiş etdirsəydilər, Neymar və Mbappe onları öldürərdi: "Onların "Bavariya"ya nələr etdiklərini gördük. Buna görə təzyiqi bir az aşağı salmalı idik. Rəqib boşluqdan bizdən 10 dəfə yaxşı istifadə edir. Oyunçularım matçdan sonra sakit qaldıqları üçün xoşbəxtəm. Çünki iki oyunun olduğu bir mərhələdə hər şeyin ola biləcəyini bilirik".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?