"Beşiktaş" və "Qalatasaray"dan qələbə, Kayseridə 9 qol
Türkiyə Superliqasında 38-ci turun oyunları davam edir.
Qol.az xəbər verir ki, növbəti oyun günü daha beş qarşılaşma keçirilib.
“Kayserispor” doğma meydanda “Dənizlispor”la qarşılaşıb və 6:3 hesabı ilə qalib gəlib. “Göztəpə” – “Trabzonspor” və “Fatih Karagümrük” – “Antalyaspor” oyunlarında qalib müəyyənləşməyib.
“Qalatasaray” “Konyaspor”u qəbul edib və minimal hesabla qalib gəlib. Lider “Beşiktaş” isə “Rizəspor” səfərindən qələbə ilə dönüb.
28 aprel
Türkiyə Superliqası, 38-ci tur
"Göztəpə" – "Trabzonspor" - 1:1
Qollar: Yahoviç, 45+1 – Ekuban, 88.
"Fatih Karagümrük" – "Antalyaspor" - 2:2
Qollar: E.Albayrak, 13-öz qapısına. Borini, 24 – Fredi, 4. Amilton, 90+3.
"Kayserispor" – "Dənizlispor" - 6:3
Qollar: İ.Parlak, 18; 60. Avramovski, 26; 45+4. N.Paz, 51. M.Okutan, 90+4 – A.Sağal, 31. Mesanoviç, 81. S.Aytac, 90.
"Qalatasaray" – "Konyaspor" - 1:0
Qol: E.Akbaba, 87.
"Rizəspor" – "Beşiktaş" - 2:3
Qollar: İ.Köybaşı, 87. Djokoviç, 89 – Nkudu, 16. G.Töre, 57. Gezzal, 75.
Turnir cədvəlinə 78 xalla "Beşiktaş" başçılıq edir. "Qalatasaray" və "Fənərbaxça" 72 xalla müvafiq olaraq 2-3-cü yerləri bölüşür. "Trabzonspor" 64 xalla 4-cüdür.