Giqqz məhkəmədə ittihamları rədd etdi

Giqqz məhkəmədə ittihamları rədd etdi
DÜNYA FUTBOLU 28 Aprel 2021 / 16:52 1450
-  A +

İki qadına zorakılıqda günahlandırılan Uels millisinin baş məşqçisi Rayan Giqqzin məhkəmə iclası keçirilib.
 
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Mançesterdə gerçəkləşən dinləmədə ittihamları qəbul etməyib. Növbəti məhkəmə iclası mayın 26-da olacaq.
 
2018-ci ildən Uelas millini çalışdıran Giqqz ötən il noyabr ayında sevgilisinə təcavüz etməsi şübhəsi ilə saxlanılıb. O, dindirildikdən sonra araşdırma başa çatanadək girov müqabilində azadlığa buraxılıb.
 
Xatırladaq ki, Giqqz məhkəmə prosesləri ilə əlaqədar Avro-2020-də komandasının yanında olmayacaq. Uels millisi yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

 


Son xəbərlər