Futbolçularından "İnter"ə jest

Futbolçularından "İnter"ə jest
DÜNYA FUTBOLU 28 Aprel 2021 / 15:14 2176
-  A +

Milan “İnter”inin futbolçuları koronavirus pandemiyasına görə maliyyə problemləri yaşayan kluba kömək etmək qərarına gəliblər.
 
Qol.az “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, oyunçular A Seriyasında çempion olacaqları təqdirdə, alacaqları bonuslardan imtina edəcəklərini kluba bildiriblər.
 
Antonio Kontenin komandası çempionluğun bir addımlığındadır. "İnter" sona 5 tur qalmış A seriyasında ən yaxın rəqibi “Atalanta”nı 11 xal qabaqlayaraq, liderdir.

Son xəbərlər