Naqelsmannın əvəzləyicisi bilindi

Naqelsmannın əvəzləyicisi bilindi
DÜNYA FUTBOLU 27 Aprel 2021 / 19:45 2746
-  A +

“Leyptsiq” yeni mövsümdən “Bavariya”nı çalışdıracaq Yulian Naqelsmannın əvəzləyicisi tapıb.

Qol.az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano öz Tvitter hesabında məlumat yayıb. O, Bundesliqa təmsilçisini hazırda Avstriya “Zalsburq”unun baş məşqçisi olan Cessi Marşın çalışdıracağını qeyd edib. “Leyptsiq” ABŞ-dan olan məşqçi ilə razılaşıb.

Qeyd edək ki, 47 yaşlı Cessi Marş 2018-2019 mövsümündə “Leyptsiq”də köməkçi məşqçi kimi çalışıb.

Son xəbərlər