Avroliqa oyunlarına hakim təyinatları açıqlandı

Avroliqa oyunlarına hakim təyinatları açıqlandı
DÜNYA FUTBOLU 27 Aprel 2021 / 16:24 999
-  A +

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları üçün hakim təyinatlarını açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, "Mançester Yunayted" - "Roma" görüşü İspaniya Futbol Federasiyasından Karlos del Serroya həvalə olunub. Ona Xuan Yuste və Roberto Alonso köməklik edəcək. Dördüncü hakim funksiyasını Xesus Xil Mansano yerinə yetirəcək.

"Vilyarreal" - "Arsenal" matçı isə Portuqaliya Futbol Federasiyasından Artur Diasa tapşırılıb. Köməkçi hakimlər Ruy Tavareş, Paulu Soareş, dördüncü hakim Tyaqu Martinş olacaq.

Qeyd edək ki, hər iki oyun aprelin 29-u keçiriləcək.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə