Pirlo üçün son şans

Pirlo üçün son şans
DÜNYA FUTBOLU 27 Aprel 2021 / 13:45 2286
-  A +

"Yuventus" baş məşqçisi Anrea Pirlonu bu həftə istefaya göndərə bilər.

Qol.az "La Stampa"ya istinadən xəbər verir ki, Turin təmsilçisi 34-cü turda 11-ci pillədə yer alan "Udineze"ni məğlub edə bilməsə, 41 yaşlı mütəxəssis bu mövsümün başa çatması gözlənilmədən istefaya göndəriləcək. Pirlo qovulacağı təqdirdə, qalan matçlara komandanı məşqçi İqor Tudor çıxaracaq.

Qeyd eək ki, "Yuventus" hazırda A seriyasında 66 xalla 4-cü pillədə qərarlaşıb. Komanda mayın 2-i "Udineze"nin qonağı olacaq.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə