Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

Bundesliqa klubunda baş məşqçi dəyişikliyi
DÜNYA FUTBOLU 27 Aprel 2021 / 01:34 1535
-  A +

Almaniyanın “Auqsburq” klubunun baş məşqçisi Hayko Herrlix istefaya göndərilib.
 
Qol.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Komandanın uğursuz çıxışı istefaya səbəb olub. Son dörd oyunda cəmi bir xal toplayan “Auqsburq”, aprelin 23-də doğma meydanda autsayder “Köln”ə 2:3 hesabıyla uduzub. Auqsburqlular hazırda 33 xalla 13-cü pillədə qərarlaşıb. Buna görə də klub rəhbərliyi Herrlixi istefaya göndərməyə qərar verib.
 
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. “Auqsburq”u bundan sonra Markus Vayntsirl əvəzləyib. Onunla 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Son xəbərlər