"Mançester Yunayted"də yeni müqavilə

"Mançester Yunayted"də yeni müqavilə
DÜNYA FUTBOLU 26 Aprel 2021 / 15:28 945
-  A +

“Mançester Yunayted” futbolçusu Erik Bayi ilə müqaviləni uzadır.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə yaxın günlərdə 4 illik sözləşmə imzalanacaq. Razılaşmanın maliyyə tərəfləri açıqlanmayıb.

Qeyd edək ki, 2016-cı ildən "Mançester Yunayted"də çıxış edən Fil Dişi Sahilindən olan futbolçu bu mövsüm Premyer Liqada 8 oyuna çıxıb.

Son xəbərlər