PSJ - "Mançester Siti" matçı almanlara tapşırıldı

PSJ - "Mançester Siti" matçı almanlara tapşırıldı
DÜNYA FUTBOLU 26 Aprel 2021 / 14:31 1254
-  A +

Çempionlar Liqasının yarımfinalında keçiriləcək PSJ - "Mançester Siti" matçına hakim təyinatları açıqlanıb.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Oyunu almaniyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Feliks Brix olacaq. Ona yan xətt hakimləri kimi Mark Borş və Stefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 28-də keçiriləcək PSJ - "Mançester Siti" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər