İngiltərə kubokunun qalibi - "Mançester Siti!

İngiltərə kubokunun qalibi - "Mançester Siti!
DÜNYA FUTBOLU 25 Aprel 2021 / 21:27 3109
-  A +

İngiltərə kubokunda final oyunu keçirilib.

Qol.az xəbər verir ki, həlledici matçda "Mançester Siti" və "Tottenhem" üz-üzə gəlib. Londondakı "Uembli" stadionuna keçirilən görüşdə Mançester təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 82-ci dəqiqədə Emerik Laport vurub.

Bununla da, "Mançester Siti" ardıcıl 4-cü dəfə, ümumilikdə isə 8-ci dəfə İngiltərə kubokunun qalibi olub.

Qeyd edək ki, sözügedən oyunda uzun müddətdən sonra ilk dəfə azarkeşlər iştirak edib. Kubokun finalında 8 min azarkeş qatılıb.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə