"Barselona"dan Fatiyə yeni müqavilə

"Barselona"dan Fatiyə yeni müqavilə
DÜNYA FUTBOLU 24 Aprel 2021 / 11:38 1958
-  A +

"Barselona" hücumçusu Ansu Fatiyə yeni müqavilə təklif edib.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı oyunçu ilə sözləşməni 2026-cı ilə qədər uzatmaq istəyir. Futbolçunun hazırkı müqaviləsi 2022-ci il iyun ayının sonuna qədər etibarlıdır.

Qeyd edək ki, Fati 2020/21 mövsümündə 10 matçda 5 qol və 4 qolun ötürməsini verib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner