"Arsenal" antirekordu təkrarladı

"Arsenal" antirekordu təkrarladı
DÜNYA FUTBOLU 24 Aprel 2021 / 11:15 2253
-  A +

"Arsenal"ın İngiltərə Premyer Liqasının 33-cü turunda "Everton"a 0:1 hesablı uduzması antirekordla nəticələnib.

Qol.az "Gracenote Live"in "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, bu, London təmsilçisinin 2020/2021 mövsümündə evdə 9-cu məğlubiyyəti olub. Beləliklə, "Arsenal" bu göstəricidə 1929/1930-dan bəri ən pis rekordunu təkrarlayıb.

Qeyd edək ki, Mikel Artetanın baş məşqçisi olduğu komanda hazırda turnir cədvəlində 46 xalla 9-cu pillədə qərarlaşıb.


Son xəbərlər