Giggz Avro-2020-də olmayacaq - Yeni qərar

Giggz Avro-2020-də olmayacaq - Yeni qərar
DÜNYA FUTBOLU 23 Aprel 2021 / 21:14 2254
-  A +

Uels Futbol Assosiasiyası yığmanın baş məşqçisi Rayan Giqqzin Avro-2020-nin oyunları zamanı komandanın başında olmayacağını açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. 47 yaşlı mütəxəssis iki qadına zorakılıqda günahlandırıldığı üçün bu qərar verilib. Onu Avro-2020-də Robert Peyc əvəzləyəcək.

Qeyd edək ki, Britaniya polisi bu gün R.Giqqzlə bağlı ittiham irəli sürüb. Məhkəmə iclası aprelin 28-də keçiriləcək.

Qeyd edək ki, Uels millisi Avro-2020-də  A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.


Son xəbərlər