PSJ-dən Varan üçün rəsmi təklif

PSJ-dən Varan üçün rəsmi təklif
DÜNYA FUTBOLU 23 Aprel 2021 / 20:44 1954
-  A +

"Real"ın müdafiəçisi Rafael Varan yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Qol.az AS-a istinadən xəbər verir ki, "Mançester Yunayted" və PSJ fransalı müdafiəçi ilə maraqlanır. Paris təmsilçisinin artıq 27 yaşlı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilib.

Rafaelin "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədər davam edir və onun "Kral klubu" ilə yeni sözləşmə ilə bağlı danışıqları o qədər də uğurlu getmir.

Qeyd edək ki, Varan 2011-ci ilin yayından "Real"da oynayır.


Son xəbərlər