UEFA 12 klubla bağlı qərarını açıqladı

UEFA 12 klubla bağlı qərarını açıqladı
DÜNYA FUTBOLU 23 Aprel 2021 / 15:28 3398
-  A +

UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında bir neçə gündür gündəmi zəbt edən Avropa Superliqası da müzakirə olunub.

Qol.az AS nəşrinə istinadən xəbər verir ki, iclasda sözügedən layihənin qurucusu ola 12 kluba sanksiya tətbiq edilməməsi qərara alınıb.

Xatırladaq ki, aprelin 19-da İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları  Superliqa təşkil etdiklərini açıqlamışdı. Ancaq bu lahiyə artıq iflasa uğrayıb və “Real”la “Barselona”dan başqa bütün klublar turnirdən imtina ediblər.


Son xəbərlər