12 klub tərəfindən yaradılan və çox keçmədən fəaliyyətini dayandıran Avropa Superliqasının əsl qurucusunun adı məlum olub.
Qol.az goal.com-a istinadən xəbər verir ki, təşkilatın prezidenti Florentino Peres, onun müavini isə Andrea Anyelli olsa da, layihənin mərkəzində “Barselona”nın sabiq prezidenti Xosep Bartomeunun durduğu ortaya çıxıb. Avropa Superliqasının yaradılması üçün danışıqlar 5 il əvvəldən başlayıb və həmin vaxt Kataloniya klubunda işləyən Bartomeu layihənin planlanmasında önəmli rol oynayıb.
O, 2015/16 mövsümündə “Yuventus”la yanaşı Avropa Klublar Birliyinin də rəhbəri olan Andrea Anyelli ilə birləşib. Daha sonra onlara “Real”ın prezidenti Florentino Peres, “Mançester Siti” və “Arsenal” rəhbərliyi də qatılıb. 2018-ci ildə isə UEFA-nın gələn gəlirlərin bölüşdürülməsi zamanı narazı qalan “Barselona” Superliqanın açar klubuna çevrilib. Həmin vaxt Bartomeu plana bələd olan yeganə heyət üzvü idi və o, 2 idarəçi ilə birgə Superliqa layihəsini reallaşdırmaq üçün gizlin çalışıb. Eyni zamanda Bartomeu və tərəfdarları turnirin formatı, gələn gəlirlərin bölüşdürülməsi ilə əlaqədar gizlilik müqaviləsi də imzalayıb. “Real”ın prezidenti Florentino Peres isə layihənin vaxtını uzatmaq üçün əlindən gələni edib. 2020-ci ildə layihənin icra olunacağı dəqiqləşəndə isə artıq Xosep Bartomeunun “Barselona”dakı səlahiyyətləri sona çatsa belə, bunu idarə heyəti ilə paylaşıb.
Buna görə də o, gizlilik müqaviləsi səbəbindən görə bilmədikləri niyyət sənədinin imzalanmasını təsdiq edən heyətə planı təqdim edib. Bartomeunun yerinə təyin olunan yeni prezident Joan Laporta isə klubun əldə edəcəyi gəlirləri nəzərdən keçirəndən sonra Superliqa ilə bağlı razılaşmanı imzalayıb. Lakin gəlirlərin paylanması kimi vacib məsələlərlə bağlı qərar verilmədiyinə görə layihə hələ də yarımçıq qalır. Belə ki, pullar qurucu olan 12 klub arasında bərabər bölünməyəcəkdi. Bu səbəbdən də məsələ rəsmiləşməyib.
Son hadisələrə - 10 klubun yarşdan geri çəkilməsinə baxmayaraq, “Barselona” yenə də Avropa Superliqasına inanır.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi