“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Avropa Superliqasının fəaliyyətini dayandırmasına münasibət bildirib.
Qol.az goal.com-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin fikrincə, klub rəhbərliyi “şəhərlilər”i bu layihəyə daxil etdiyinə görə üzr istəməməlidir: “Bu insanları tanıyıram, onların üzr istəməsi lazım deyil. Liderlərimizin kim olduğunu, baş direktorumuzun kim olduğunu bilirəm. Bu,ən vacib şeydir. Bu məsələ artıq bağlanıb”.
Qeyd edək ki, Avropa Superliqasını 12 nəhəng klub - "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" yaradıb. Lakin daha sonra bu klublardan 10-u layihədən geri çəkildi. Fikrini dəyişdirməyən digər iki üzv isə “Real” və “Barselona”dır. Klubların yarışdan imtina etməsindən sonra təşkilat fəaliyyətini dayandırıb.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi