Ukrayna kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” evdə "Zarya" ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Zarya" (4:3) növbəti mərhələyə yüksəlib. Paşayev 46-cı dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
"Aleksandriya" isə tarixində ilk dəfə olaraq penalti zərbələrində uduzması ilə diqqət çəkib. Komanda altı penalti seriyasında iştirak edib. Bunların hamısı Ukrayna kubokunda reallaşıb.
Qeyd edək ki, kubokun finalında "Zarya" və Kiyev "Dinamo"su qarşılaşacaq. Matç mayın 13-ü keçiriləcək.
Salah Lemparda çatdı
"Nəticə bizi məyus etdi”
“Ayaqlarım imkan verdiyi müddətcə oynamağa davam edəcəyəm”
Hələlik ən çox qol vuran futbolçu odur
Dembele yenidən zədələndi
"Sumqayıt"ın 3 qollu qələbəsi - Video