Avro-2020-yə ev sahibliyi bu şəhərdən alındı

Avro-2020-yə ev sahibliyi bu şəhərdən alındı
DÜNYA FUTBOLU 22 Aprel 2021 / 00:30 10466
-  A +

İspaniyanın Bilbao şəhəri Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılıb.

Qol.az xəbər verir ki, bu barədə Bilbao Şəhər Şurasının rəsmi saytı məlumat yayıb. Açıqlamada deyilir: "UEFA bu gün birtərəfli qaydada "San Mames"i Avro-2020-nin stadionlar siyahısından çıxarmaq qərarına gədliyini bizə bildirdi".

UEFA Bilbaonun azarkeşlərlə bağlı təminat vermədiyi üçün bu addımı atıb. "Marca" nəşri yazıb ki, Bilbao rəhbərliyi UEFA-nın qərarı ilə razılaşmır və müqavilənin şərtlərinin pozulduğu üçün təzminat tələb etmək niyyətindədir.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. UEFA-ya azarkeşlərlə bağlı təminat verən Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı