UEFA Avro-2020-nin matçlarına təyinat alacaq hakimlərin adlarını açıqlayıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, turnirin 51 oyunu üçün 18 referiyə etimad göstəriləcək. Onların arasında Türkiyədən olan FİFA hakimi Cüneyt Çakır da var. Bununla da Çakır karyerası ərzində 3-cü dəfə Avropa çempionatlarının matçlarını idarə edəcək.
Həmçinin Avro-2020 hakimlər mövqeyindən də ilkə imza atacaq. Belə ki, fransalı Stefanie Frappart 4-cü hakim funksiyasını yerinə yetirəcəyi yarışın tarixində ilk qadın hakim olacaq.
Bundan əlavə, mayın 10-dan 13-dək İstanbulda kurs keçəcək hakimlər iyunun 7-dən 1/4 final matçlarına qədər mərkəz kimi İstanbuldan yararlanacaqlar.
Avro 2020-nin oyunlarını idarə edəcək 18 hakim aşağıda adları qeyd olunanlardır:
Feliks Brix, Cüneyt Çakır, Karlos del Kerro Qrande, Andreas Ekberq, Orel Qrinfeld, Ovidiu Alin Hateqan, Sergey Karasev, İstvan Kovaçs, Byorn Kuypers, Denni Makkeli, Antonio Miqel Mateu Lahoz, Maykl Oliver, Daniele Orsato, Artur Manuel Ribeiro Suares Dias, Daniel Sibert, Entoni Teylor, Klement Turpin, Slavko Vinçiç
Qeyd edək ki, Avro-2020 11 iyundan-11 iyuladək 12 şəhərdə keçiriləcək. Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib