Superliqada 2 klub qaldı

Superliqada 2 klub qaldı
DÜNYA FUTBOLU 21 Aprel 2021 / 15:38 4332
-  A +

"Milan” və "Yuventus" da Avropa Superliqasında iştirak etməkdən rəsmən imtina ediblər.

Qol.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

"Yuventus"un prezidenti Andrea Anyelli Superliqanın vitse-prezidenti seçilmişdi. O, bu layihəyə görə Avropa Klublar Birliyinin prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü vəzifəsindən istefa verib.

Xatırladaq ki, bundan əvvəl İngiltərənin “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem”, “Mançester Siti”, “Çelsi”, İspaniyanın “Atletiko”, İtaliyanın “İnter” klubları Avropa Super Liqasını tərk etdiklərini açıqlayıblar. Hazırda turnirin yaradıcılarından yalnız İspaniya klubları - “Real” və “Barselona”  geri addım atmayıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın