"Atletiko" və "İnter" rəsmən Superliqadan imtina etdi

"Atletiko" və "İnter"  rəsmən Superliqadan imtina etdi
DÜNYA FUTBOLU 21 Aprel 2021 / 14:10 1654
-  A +

İspaniyanın “Atletiko” və İtaliyanın "İnter" klubu Avropa Superliqasından imtina etdiyini rəsmən açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə hər iki klubun saytı məlumat yayıb. Madrid təmsilçisinin idarə heyətinin ötən gün bir araya gəldiyi və bu qərarın verildiyi bildirilib. Milan klubu da artıq sözügedən layihədən çəkildiyini bəyan edib.

Beləliklə, Superliqanın qurucuları olan 12 klubdan 8-i layihədən geri çəkildiyini açıqladı. Yalnız “Real”, "Barselona",  “Milan”, və “Yuventus” hələlik bu barədə açıqlama yaymayıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı