"Mançester Yunayted"in vitse-prezidentindən istefa qərarı

"Mançester Yunayted"in vitse-prezidentindən istefa qərarı
DÜNYA FUTBOLU 21 Aprel 2021 / 01:25 2161
-  A +

"Mançester Yunayted"  Ed Vudvordun klubun vitse-prezidenti vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, o,  vəzifəsini 2021-ci ilin sonunda tərk edəcək.

"TalkSPORT" Vudvordun Superliqanın yaradılması ilə bağlı ictimai reaksiya səbəbindən bu qərarını verdiyini yazıb.

Qeyd edək ki, Ed Vudvord 2012-ci ildən Mançester təmsilçisinin vitse-prezidentidir.


Son xəbərlər