Məşhur idmançı "Mançester Yunayted"in sahibi ola bilər

Məşhur idmançı "Mançester Yunayted"in sahibi ola bilər
DÜNYA FUTBOLU 21 Aprel 2021 / 00:15 3147
-  A +

UFC-nin 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor "Mançester Yunayted"in səhmlərini almağa hazırdır.

Qol.az xəbər verir ki, bu barədə irlandiyalı idmançı  özünün "Tvitter" hesabında yazıb: Uşaqlar, Mançester Yunaytedi satın almağı düşünürəm. Nə fikirləşirsiniz?".

Qeyd edək ki, klubun hazırkı sahibləri, amerikalı iş adamları Qleyzer ailəsi 2005-ci ildə 790 milyon funt-sterlinqə "Mançester Yunayted"i alıblar. Mətbuatda Avropa Superliqası ləğv olunacağı təqdirdə, Qleyzer ailəsinin klubun səhmlərini satmağa hazır olacağı yazılıb.


Son xəbərlər