Avropa Superliqası ləğv edildi - İddia

Avropa Superliqası ləğv edildi -  İddia
DÜNYA FUTBOLU 20 Aprel 2021 / 23:20 4152
-  A +

Avropanın 12 nəhəng klubunun yaratdığı Superliqa layihəsi ləğv edilib.

Qol.az xəbər verir ki, bu barədə “TalkSport”un Tvitter səhifəsi məlumat yayıb. Bu gün 12 klubun iştirakı ilə toplantı keçirildiyi və turnirin ləğv edilməsi haqda qərar verildiyi bildirilib.

Daha əvvəl isə İspaniyanın “Atletiko” və “Barselona”, İngiltərənin “Çelsi”, “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”  və “Mançester Siti” klublarının layihədən geri çəkilməsi xəbəri yayılmışdı.

Superliqanın qurucuları sözügedən 7 klubdan başqa, İspaniyadan “Real”, İngiltərədən “Tottenhem”, İtaliyadan isə “Milan”, “Yuventus” və “İnter” idi.

Avropa Superliqası layihəsi qitənin 20 ən yaxşı klubunun iştirak edəcəyi bir liqanın yaradılmasını nəzərdə tutur. 

Son xəbərlər