"Anyelli Superliqa haqda bizə çox güvən verdi" - Pirlo

"Anyelli Superliqa haqda bizə çox güvən verdi" -  Pirlo
DÜNYA FUTBOLU 20 Aprel 2021 / 20:10 2778
-  A +

“Yuventus”un baş məşqçisi Andrea Pirlo Turin klubunun da qurucusu olduğu Avropa Superliqası haqda danışıb.

Qol.az xəbər verir ki, o, “Sky Sport Italia”ya açıqlamasında yeni layihəni bəyəndiyini bildirib:

“Son illər futbolda bir çox dəyişiklik oldu. Onları ən yaxşı izah edəcək insan mən deyiləm. Klubumuzun prezidenti ön cəbhədədir. Digər klub prezidentləri kimi, vəziyyəti izah edən o olacaq.

Anyelli bu gün səhər komandanı ziyarət etdi. Onu demək olar ki, hər gün görürük, həmişə komandaya yaxındır. Anyelli bizə layihənin mahiyyətini izah etdi və bizə çox güvən verdi. Amma onun da dediyi kimi, bizim üçün ən vacib olan işimizi davam etdirməkdir.

Superliqa ilə bağlı müxtəlif qiymətləndirmələr var, amma bu barədə danışmaq mənim üçün deyil. Gələcəyəmizdən əminik. Çünki “Yuventus”da belə şeyləri necə izah edəcəyini bilən müasir bir prezident var.

Yalnız komandanın indi görməli olduğu işlərə köklənmişik. Bu günü düşünürük və Çempionlar Liqasında iştirak etmək istəyirik. İndi danışdıqlarımız gələcək üçün bir layihədir. Yalnız mövsümü yaxşı başa vurmağı düşünürəm. Məqsədim “Yuventus”u A seriyasında ilk 4-lükdə saxlamaq və İtaliya kubokunu qazanmaqdır”.

Xatrırladaq ki, "Yuventus"un prezidenti Andrea Anyelli Avropa Superliqanın vitse-prezidenti seçilib.

Son xəbərlər