Superliqadan "Napoli"yə zəng

Superliqadan "Napoli"yə zəng
XƏBƏR 20 Aprel 2021 / 16:51 2565
-  A +

Yeni yaradılan Avropa Superliqasının rəhbərliyi “Napoli”yə də yarışa qoşulmağı təklif edib.

Qol.az “Corriere delli Spot”a istinadən xəbər verir ki, təşkilatın nümayəndələri bu gün klub prezidenti Aurelio de Laurentisə zəng vurublar. Onlar İtaliya təmsilçisinin Superliqaya qatılmasını təklif ediblər.

Maraqlıdır ki, Superliqanın prezidenti Florentino Peres eyni vaxtda İspaniya mətbuatına verdiyi müsahibədə “Napoli” və “Roma”nın turnirə qatılıb-qatılmayacağı haqda fikirlərini bölüşüb. Aurelio de Laurentis isə uzun müddətdir dünya futbolunda dəyişiklik olmasını istəyir. Lakin “Napoli”nin bu çempionatda iştirak edib-etməyəcəyi hələlik məlum deyil. A seriyası klubu Superliqanın 13-cü tərəfi ola bilər.

Qeyd edək ki, İtaliyadan Superliqaya qatılan klublar arasında “Yuventus”, “Milan” və “İnter” var.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner