İngilis klubu Superliqadan imtina edir

İngilis klubu Superliqadan imtina edir
XƏBƏR 20 Aprel 2021 / 16:23 2999
-  A +

Avropa Superliqasının yaradıcısı olan 12 klubdan biri layihədən geri çəkilmək istəyir.

Qol.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayıb. Xəbərdə sözügedən klubun adı çəkilməsə də, onun İngiltərəni təmsil etdiyi bildirilib. Premyer Liqa klubunun belə bir addım atmasına səbəb isə azarkeşlərinin bu layihəyə görə verdiyi sərt reaksiyalardır.

Qeyd edək ki, Avropa Superliqasını yaradan 12 klubun 6-sı İngiltərədəndir. Bunlar “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Arsenal” və “Liverpul”dur.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner