UEFA İcraiyyə Komitəsinə türk seçildi

UEFA İcraiyyə Komitəsinə türk seçildi
XƏBƏR 20 Aprel 2021 / 16:15 1601
-  A +

UEFA Konqresində İcraiyyə Komitəsi (İK) üzvlüyünə seçkilər keçirilib.

Qol.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının 1-ci vitse-prezidenti Servet Yardımcı UEFA İK-ya seçilən 8 üzvdən biri olub. O, 55 milli assosiasiyadan 47-sinin səsini toplamağı bacarıb.

Həmçinin Yardımcıdan başqa Zbiqnev Bonek (Polşa), Aleksandr Dükov (Rusiya), Devid Gill (İngiltərə), Qabriele Qravina (İtaliya), Rayner Kox (Almaniya), Karl-Erik Nilsson (İsveç) və Yust Şpeeyə (Niderland) də növbəti müddət üçün etimad göstərilib.

Bundan əlavə, Evelina Kristellin (İtaliya) 4 il, Devid Martin (Şimali İrlandiya) isə 2 il müddətinə vitse-prezident seçilib. Razvan Burlyanu (Rumıniya), Georgios Kumas (Kipr), Peter Peters (Almaniya), Deyan Saviçeviç (Monteneqro) və qadın üzv kimi Evelina Kristellin (İtaliya) FIFA Şurasında növbəti 4 il müddətinə nümayəndələr kimi seçiliblər.

Qeyd edək ki, Konqresdə AFFA adından icraçı vitse-prezident Elxan Məmmədov səs verib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner