Türkiyə millisinin Avro-2020 üçün hazırlıq proqramı açıqlanıb.
Qol.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yığma komanda 11 iyun-11 iyul tarixlərində keçiriləcək turnir öncəsi mayın 17-i Antalyadakı "Regnum Carya" otelində toplaşacaq. "Ay-ulduzlular" 27 mayda Alaniyanın Oba stadionunda Azərbaycanla, 31 mayda Antalya stadionunda Şimali İrlandiya ilə yoldaşlıq görüşündə qarşılaşacaqlar.
Daha sonra, 2 iyun tarixində Almaniyanın Harsevinkel şəhərindəki Klosterpforte otelində toplaşacaq milli komanda 3 iyunda Paderborn stadionunda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.
Almaniyadakı təlim-məşq toplanışını bitirdikdən sonra yığma 10 iyunda Avro-2020 matçları üçün Romaya gedəcək. Turnirdə A qrupunda mübarizə aparacaq Türkiyə millisi 11 iyun cümə günü Bakı vaxtı ilə saat 23:00-da Roma Olimpiya Stadionunda İtaliya ilə turnirin açılış matçına çıxacaq.
Qrupdakı digər oyunlar üçün milli komanda iyunun 12-də Azərbaycanın paytaxtı Bakıya gələcək və "Fairmont Baku Flame Towers"də qalacaq. Qardaş ölkənin yığması 16 iyunda Uelslə, 20 iyunda İsveçrə ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ev sahibliyi edəcəyi hər iki oyun yerli vaxtla saat 20:00-da başlayacaq.
Qrupdan çıxacağı təqdirdə, milli komanda 21 iyun tarixindən etibarən yenidən Almaniyanın Klosterpforte Otelindəki düşərgəyə gedəcək və qurulacaq yarış təqviminə uyğun hərəkət edəcək.
Türkiyə yığması qrupdan çıxsa, 1/8 final matçını 26-29 iyun tarixləri arasında London, Amsterdam, Bilbao, Buxarest və ya Qlazqoda keçirəcək.
1/4 final 2-3 iyul tarixlərində Münhen, Bakı, Sankt-Peterburq və Romada keçiriləcək. Londonun ev sahibliyi edəcəyi yarımfinal 6-7 iyul, final isə 11 iyul tarixində olacaq.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?