UEFA Avropa Superliqasını yaradan 12 klubdan beynəlxalq məhkəmədə təzminat tələb edəcək.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, tarixin ən böyük təzminat məhkəməsi olacaq. Avropanın ali futbol qurumu 12 klubdan ümumilikdə 50 milyard avro istəyəcək. UEFA artıq məsələ ilə əlaqədar bütün milli assosiasiyalarla danışıqlara başlayıb və məhkəmə müraciəti üçün hazırlıqlar görür.
ABŞ bankı JP Morqan isə Avropa Superliqası üçün 6 milyard dollar dəyərində yatırım edəcəyini açıqlayıb. Təşkilatın rəhbərliyi FİFA prezidenti Canni İnfantino və UEFA prezidenti Aleksander Çeferinə danışıqlar üçün təklif məktubu göndərib. Məktubda bildirilib: “Təşkilatımızın detallarını müzakirə etmək üçün FİFA və UEFA ilə görüşmək istəyirik. FİFA və UEFA-nın oyunçuları yarışlarından kənarlaşdırmaq üçün cəza tədbirləri görməyindən narahatıq”.
Bu vasitə ilə onlar UEFA və FİFA rəhbərliyinə qrant pul kimi 434 milyon avro da təklif ediblər.
Qeyd edək ki, Avropa Superliqasını yaradan klublar arasında "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" var. Təşkilatın prezidenti Florentino Peres, onun müavini isə Andrea Aynellidir.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı