Avropa Superliqasının yaradıcılarından olan "Yuventus", "Milan" və "İnter" növbəti mövsüm A seriyasında oynamaq istədiklərini açıqlayıb.
Qol.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, onların bu mövqeyi A seriyasının videokonfrans formatında keçirilən iclasında məlum olub.
Həmin iclasda Avropanın 12 klubunun Superliqa yaratması müzakirə edilib. Bu zaman sözügedən 3 klubun UEFA-nın da tələbi ilə daxili yarışdan uzaqlaşdırılması məsələsi gündəmə gəlib. Onlar isə Avropa Superliqası ilə yanaşı A seriyasında da oynamaq istədiklərini bildiriblər.
"Torino" prezidenti Urbano Kairo isə ANJA-ya açıqlamasında "İnter" və "Yuventus" prezidentlərinin A seriyasına xəyanət etdiklərini söyləyib.
Xatırladaq ki, yeni yaradılan Avropa Superliqasında İngiltərədən "Arsenal", "Mançester Yunayted", "Çelsi", "Liverpul", "Mançester Siti", "Tottenhem", İtaliyadan "Milan", "İnter" və "Yuventus", İspaniyadan isə "Atletiko" (Madrid), "Barselona" və "Real" (Madrid) var.
UEFA bu yarışda iştirak edəcək klubların beynəlxalq və daxili yarışlardan kənarlaşdırılacağını, futbolçularının isə milli komandalarda çıxışına qadağa qoyulacağını bildirib.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu