“Real”ın və yeni yaradılan Avropa Superliqasının prezidenti Florentino Peres kludakı durum haqqında danışıb.
Qol.az xəbər verir ki, 74 yaşlı funksioner yayda PSJ-dən Kilian Mbappe, “Yuventus”dan Kriştiano Ronaldo və “Borussiya”dan (Dortmund) Erling Haalandın transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Ronaldonun hələ “Yuventus”la müqaviləsi var. O, “Real”a qayıtmayacaq. Bu xəbərlər məntiqli deyil. Ronaldo bizim üçün çox şey edib. Amma hər şey geridə qaldı. Mbappeyə gəlincə, “Real”ın dəyişikliklərə ehtiyacı var. Onun kimi yaxşı futbolçularla maraqlanırıq. Amma hələlik Mbappe ilə danışmamışam. Haalandın atası isə klubun muzeyini ziyarət etmişdi”.
Peres baş məşqçi Zinəddin Zidanın və kapitan Serxio Ramosun Madrid təmsilçisində qalıb-qalamayacağı ilə əlaqədar sualları belə cavablandırıb:
“Maddi olaraq çox pis vəziyyətdəyik. Ramosla yeni müqavilə barədə sonra düşünəcəyik. Zidan isə klub tarixinin ən yaxşılarındandır və mənim işlədiyim ən yaxşı baş məşqçidir. O, bizimlə xoşbəxtdir. Zidanla müqaviləmiz var. Mövsümün sonunda nə olacağını yaşayıb görərik”.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı