"Avropa Superliqasına qatılmağı rədd edirik"

"Avropa Superliqasına qatılmağı rədd edirik"
XƏBƏR 19 Aprel 2021 / 17:50 4483
-  A +

“Leyptsiq” yeni yaradılan Avropa Superliqasına qatılıb-qatılmayacağı barədə qərar verib.

Qol.az xəbər verir ki, Bundesliqa təmsilçisi həmin çempionatda yer almayacaq. Klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib:

“İdmanda rəqabət olmasını dəstəkləyirik. Professional futboldakı rəqabət də yerli liqada müəyyən bir yerə çatıb, sonra beynəlxalq arenada yarışmaqdan keçir. Bizim üçün bunu dəyişdirmək bir problemdir. Avropa Superliqasına qatılmağı rədd edirik”.

Qeyd edək ki, daha əvvəl Dortmund “Borussiya”sı və “Bavariya”da həmin turnirdə yer almayacaqlarını açıqlayıb. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner