UEFA prezidentindən sərt xəbərdarlıq

UEFA prezidentindən sərt xəbərdarlıq
DÜNYA FUTBOLU 19 Aprel 2021 / 17:04 3374
-  A +

UEFA prezidenti Aleksander Çeferin Avropanın nəhəng klublarının yaratdığı Superliqaya münasibət bildirib.

Qol.az xəbər verir ki, sloveniyalı funksioner bu təşəbbüsü pisləyib və UEFA-nın təbiq edəcəyi sanksiyaları açıqlayıb: “Superliqada oynayacaq futbolçuların dünya və Avropa çempionatında iştirakına qadağa qoyulacaq. Onların öz milli komandalarında oynamasına icazə verilməyəcək” – deyə Çeferin bildirib.

Xatırladaq ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarının Superliqada iştirakı təsdiqlənib.

Son xəbərlər
topaz banner